- Azshop
- Beats Solo 4 naqilsiz qulaqlığının yeni imkanları açıqlanıb
Endirimdə
MikroTik RB260GS
Çox satılan
Abunə olun
Yeniliklər haqqında ilk məlumatı siz alın
Son məhsul
Genius Scorpion K215 oyun klaviatura
HP 15.6 noutbuk çantası
TV BOX 2GB/32GB
BDCOM ONT GP1704-4GVC-22A GPON
MikroTik RB260GS
Beats Solo 4 naqilsiz qulaqlığının yeni imkanları açıqlanıb
5 Aprel 2024, 19:13 Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxdı ki, Apple şirkətinə məxsus məşhur Beats brendi bu il Beats Solo 4 naqilsiz qulaqlığını təqdim edəcək. İndi isə 9to5mac saytı sözügedən qulaqlıq barəsində məlumatlar verib. Beləliklə verilmiş məlumatlara əsasən Beats Solo 4 naqilsiz qulaqlığı 40 mm-lik audio drayverlər ilə təchiz olunacaq və özündə Bluetooth 5.3 dəstəyi ilə USB-C girişini birləşdirəcək. Lossless Audio formatında musiqiləri dinləmək üçün isə qulaqlığa 3.5 mm-lik audiogiriş quraşdırılacaq. Məlumatda qeyd edilib ki, Beats Solo 4 üstəlik ətraf səs-küyün aktiv boğulması funksiyasına sahib olacaq. Bir dəfə şarj olunandan sonra isə qulaqlıq 50 saat ərzində çalışa biləcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Beats Solo 3 bir dəfə şarj olunandan sonra 10 saat ərzində çalışır.









