- Azshop
- GPT-4-ün təlimatlarında YouTube videolarından istifadə edilib
Endirimdə
Seagate HDD 3.5 - 1TB ST1000VX012
TV BOX 2GB/32GB
Çox satılan
Abunə olun
Yeniliklər haqqında ilk məlumatı siz alın
Son məhsul
Genius Scorpion K215 oyun klaviatura
HP 15.6 noutbuk çantası
TV BOX 2GB/32GB
BDCOM ONT GP1704-4GVC-22A GPON
MikroTik RB260GS
GPT-4-ün təlimatlarında YouTube videolarından istifadə edilib
10 Aprel 2024, 18:35OpenAI şirkəti YouTube-dakı milyonlarla saat müxtəlif videoların deşifrələnməsi üçün mətnin transkripsiyası alqoritmi olan Whisper-dən istifadə edib. Şirkət YouTube videolarını özünün GPT-4 böyük dil modelinin təlimatlandırılmasında istifadə edib. The New York Times-ın vermiş olduğu məlumata əsasən öz böyük dil modelinin təlimatlandırılması üçün lazımi keyfiyyətli məlumatlar OpenAI-da hələ 2021-ci ildə tükənib. Problemi həll etmək üçün şirkət Whisper adlı alqoritmi hazırlayıb.
Bu alqoritm videoların, podkastların və audio kitabların deşifrələnməsi üçün nəzərdə tutulub. Məlumatda qeyd edilib ki, GPT-4-ün təlimatlandırılmasında istifadə edilmiş YouTube videolarının seçilməsi və yığılmasında şirkətin prezidenti Greg Brockman şəxsən iştirak edib. YouTube platformasının sahibi olan Google bildirib ki, razılaşdırılmamış şəkildə platformadan kontentlərin yığılması və yüklənməsi qəti qadağandır. Google təmsilçisi bildirib ki, öncədən hər hansısa razılaşma olmadan məlumatların bu üsul ilə istifadəsinin qarşısını almaq üçün texniki və hüquqi tədbirlər şirkət tərəfindən görülür.









