Geri qaytarılma

Orijinal qutusu, qablaşması pozulmuş təkrar satılmaq qabiliyyətini itirmiş, bir başqa müştəri tərəfindən alınması mümkün olmayan və müştəri tərəfindən zədə görmüş məhsulların dəyişikliyi qəbul edilmir.


Məhsula dəyişiklik etmək üçün, məhsul qablaşdırmanın və qutu görünüşünün zərər görməmiş olması, məhsulun yeni olaraq təkrar satılabilən bir vəziyyətdə olması və müştəri tərəfindən zədə görmüş olmaması şərtdir.


Məhsullar tərəfimizdən təhvil alındığı zaman, lazımi nəzarətlər aparılır. Həmin proseslər yekunlaşdıqdan sonra məbləğ tərəfinizə ödənilir.


GERİ QAYTARILMA

Məhsulu əldə etdikdən sonra, müştəri 3 gün ərzində məhsulda hər hansı bir istehsal qüsuru və ya nasazlıq aşkar edərsə, bizimlə əlaqə saxlayıb, bu barədə dərhal məlumat verməlidir. Əgər həmin qüsur düzgün istismar qaydalarının pozulması, düzgün quraşdırılmama, istismar, təmizləmə, texniki xidmət və ya qəza səbəbindən, məhsulun yanlış modifikasiyası, proqram səhvləri və ya istehsalçıdan asılı olmayan hər hansı digər hadisələr nəticəsində baş vermiyibsə və bizim mütəxəssislər tərəfindən həqiqətən istehsal qüsuru və ya nasazlığı olduğu təsdiqlənərsə, həmin məhsul dərhal yenisi ilə əvəz olunur.