Beats Solo 4 naqilsiz qulaqlığının yeni imkanları açıqlanıb

5 Aprel 2024, 19:13

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxdı ki, Apple şirkətinə məxsus məşhur Beats brendi bu il Beats Solo 4 naqilsiz qulaqlığını təqdim edəcək. İndi isə 9to5mac saytı sözügedən qulaqlıq barəsində məlumatlar verib. Beləliklə verilmiş məlumatlara əsasən Beats Solo 4 naqilsiz qulaqlığı 40 mm-lik audio drayverlər ilə təchiz olunacaq və özündə Bluetooth 5.3 dəstəyi ilə USB-C girişini birləşdirəcək. Lossless Audio formatında musiqiləri dinləmək üçün isə qulaqlığa 3.5 mm-lik audiogiriş quraşdırılacaq. Məlumatda qeyd edilib ki, Beats Solo 4 üstəlik ətraf səs-küyün aktiv boğulması funksiyasına sahib olacaq. Bir dəfə şarj olunandan sonra isə qulaqlıq 50 saat ərzində çalışa biləcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Beats Solo 3 bir dəfə şarj olunandan sonra 10 saat ərzində çalışır.