Tezliklə POCO M6 Pro smartfonu təqdimata hazırlaşır

8 Noyabr 2023, 20:45
Xiaomi-nin POCO brendi POCO M6 Pro 5G adlı yeni smartfonunu təqdim etməyə hazırlaşır. Sözügedən smartfon ABŞ-ın Federal Rabitə Komissiyasında sertifikatlaşdırmadan keçib. Məlum olub ki, smartfon 2312FPCA6G model nömrəsinə sahibdir. Model nömrəsinin sonundakı G hərfi smartfonun məhz qlobal versiyasının sertifikatlaşdırmadan keçdiyinə işarə edir. Bununla yanaşı məlumatlar bazasında qeyd edilib ki, POCO M6 Pro 5G smartfonu 64 MP + 8 MP ikili arxa kameranı və optik stabilizasiya sistemini əldə edəcək. Smartfonun üstəlik kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi ilə təchiz olunacağı gözlənilir. POCO M6 Pro 5G-nin nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur.