Whatsapp daxilindəki videolar üçün yenilənmiş picture-in-picture funksiyası gəlir

11 Aprel 2024, 15:34

    Meta şirkəti son zamanlarda Whatsapp-a yeni funksiyalar əlavə edir. Görünür, yaxın zamanda messencer daha bir faydalı funksiyanı əldə edəcək. Belə ki, Whatsapp-ın yeni beta versiyasında videolar üçün nəzərdə tutulmuş picture-in-picture funksiyası əlavə edilib. Beləliklə izləyici bu və ya digər videonu izləyərək messencer daxilində digər işlərini görə biləcək. Qeyd etmək lazımdır ki, Whatsapp daxilində videoların izlənməsi üçün picture-in-picture funksiyası əslində çoxdan mövcuddur. Lakin bu funksiya yalnız YouTube və Instagram videolarını əhatə edir. Yeni funksiya isə bilavasitə messencer daxilində bölüşülmüş videolara picture-in-picture rejimində baxmağa imkan verəcək. Onu da nəzərə almaq lazımdır ki, funksiya yalnız Whatsapp daxilində çalışacaq. Yəni siz videonu izləyərək digər tətbiqə daxil ola bilməyəcəksiniz.