Tanınmış Türk 'YouTuber'lər Oktyabr'da Bakıya gəlirlər

27 Avqust 2023, 5:22

    1 Oktyabr Heydər Əliyev Sarayında baş tutacaq "Science Talks 2023" tədbiri üçün hamımızın sevərək izlədiyi türk "YouTuber"lər Bakıya gəlir. "Yaşıl Elm" və "Elm Azərbaycan" platformalarının təşkilatçılığı ilə keçiriləcək bu tədbirdə 5 spikerin çıxışı planlaşdırılır. Çıxış edəcəklər arasında tədbirə onlayn olaraq qoşulacaq Barış Özcan da yer alır. Barış Özcan "Qeyri-səlis məntiq, texnologiyalar üzərində tətbiqi və Lütfi Zadə" mövzusunda video zəng vasitəsilə təqdimat edəcək. Tədbirə fiziki olaraq qoşulacaq spikerlər arasında öz elmi və maarifləndirici videoları ilə qısa zamanda məşhurlaşan bioloq, təkamül alqoritmləri mütəxəssisi, "Evrim Ağacı" platformasının təsisçisi Çağrı Mert Bakırcı, səyahət videoları ilə bütün dünyadan sevərək izlənilən Ruhi Çenet, molekulyar bioloq, genetik Asım Şengör və fizik, elektrik mühəndisi Sadiq Şamilov da yer alır. "Technote" media şirkətinin təsisçisi Fərid Pərdəşünasın moderatorluğu ilə baş tutacaq təbdir 1 Oktyabr 17:00-da start götürəcək. Çıxış edəcək spikerlərin xüsusi təqdimatları ilə keçirilməsi gözlənilən tədbir üçün biletlər artıq satışa çıxıb. Biletləri əldə etmək üçün 055 569 89 33 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

    Panellərə uyğun çıxış edəcək spikerlərin mövzuları aşağıdakı kimidir: Çağrı Mert Bakırcı - "CİHAZLAR BİZİM ƏVƏZİMİZƏ QƏRAR VERƏ BİLƏRMİ?" Ruhi Çenet - DÜNYANIN ƏN AZ ZİYARƏT EDİLƏN YERİ - NAURU" Asım Şengör - "BİOLOGİYA İLƏ DÜŞÜNMƏK" Sadiq Şamilov - "YAŞAMIN FUNDAMENTAL FİZİKA QANUNLARI" Tədbirin rəsmi media tərəfdaşı "technote.az" informasiya portalıdır. "Science Talks 2023" tədbiri ilə bağlı ətraflı məlumat üçün "Science Talks 2023"u Instagram və Facebook-da izləyə bilərsiniz.