Whatsapp videoların HD keyfiyyətdə göndərilməsi funksiyası əlavə edilib

27 Avqust 2023, 8:43

    Keçən həftə Whatsapp-a fotoların HD keyfiyyətdə göndərilməsi funksiyası istifadəyə verildi. İndi isə buna bənzər daha bir yeni funksiya istifadəyə verilib. Söhbət, videoların HD keyfiyyətdə göndərilməsindən gedir. Messencer daxilində göndərilən videonun keyfiyyət seçimi videonun göndərilməsindən öncə ortaya çıxır.

    Video yüklənəndən sonra istifadəçi ekranın yuxarı hissəsində yerləşən HD ikonuna klikləməklə yüklənmiş videonun hansı keyfiyyətdə göndəriləcəyini seçə bilər. Bununla belə messencer trafikə qənaət məqsədilə videonun SD keyfiyyətdə göndərilməsi təklifini də edəcək. Videoların HD keyfiyyətdə göndərilməsi funksiyası messencerin Android və iOS üçün nəzərdə tutulmuş versiyalarında bəzi regionlar üzrə artıq istifadəyə verilib. Yaxın zamanda bu yeni funksiya bütün istifadəçilər üçün aktiv olacaq.